Bakıda özəl şirkətlərdən birinin nümayəndəsi Milli.Az-a bildirib ki, paytaxda əhalini aldatmağa çalışan yeni növ fırıldaqçılar peyda olub:
Özünü "İnfo Holding"in direktoru kimi təqdim edən Orxan adlı şəxs, şirkətimizə zəng edib bildirdi ki, şirkətin saytında olan mail-lərin vaxtı bu gün bitir, sabahdan etibarən mail-lər açılmayacaq. Buna görə təcili 350 manat pul ödəmək lazımdır. Əməkdaşımızı göndərək, ofisinizdən götürsün. Bizim şirkətimiz isə hostingi başqa dövlətdən aldığı üçün domain aldığımız saytla əlaqə saxladım, bildirdilər ki, bununla bağlı onlara artıq bir neçə müraciət daxil olub. Bizə bildirdilər ki, həmin şəxslər fırıldaqçıdırlar, şirkətləri yalandan aldadıb pul yığırlar. Hamıya 055-550-21-00 nömrəsindən zəng edir, ona zəng etdikdə isə telefona cavab vermirlər. Bunu ictimaiyyətə bildirməyimizdə məqsəd budur ki, biz aldanmadıq, istəyirik ki, başqaları da bu cür dələduzlara aldanmasın".
Tehsil-press.az olaraq biz yuxarıda göstərilən telefon nömrəsi ilə əlaqə saxlamağa çalışdıq. Telefon arada məşğul olsa da, daha sonra nömrəyə zəng çatsa da, cavab verən olmadı. Qeyd edək ki, Milli.Az-a müraciət edən şirkətin nümayəndələri faktla bağlı artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məktubla müraciət ediblər.
Məsələyə hüquq-mühafizə orqanlarının da qarışacağı istisna edilmir.
Tehsil-press.az