Göygöl Rayon İcra Hakimiyyətində kadr islahatları aparılıb.Bununla bağlı icra başçısı Vüqar Novruzov əmr imzalayıb.
Əmrə əsasən, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ariz Eyvazov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, həmin şöbənin baş məsləhətçisi Şaiq Qənbərli işdən çıxarılıblar.
Xatırladaq ki, Vüqar Novruzov noyabrın 12-də Göygöl rayonunun icra başçısı vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər Naftalanın icra başçısı idi.
Tehsil-press.az












