Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət Agentliyi Türkiyədən gətirilən 14 ton kahını geri qaytarıb. "Qafqazinfo" ANSpress-ə istinadən xəbər verir ki, məhsulların geri qaytarılmasına səbəb kimi agentlik kahıların sağlamlıq şərtlərinə uymamasını göstərib.
Bu barədə məlumat verən "Rosselhoznadzor"un nümayəndəsi "Gelencik" limanına Türkiyədən gətirilən 14 tondan artıq kahı məhsulunda kənd təsərrüfatı zərərvericisi olan Kaliforniya çiçək tripsellərinə (Frankliniella occidentalis) rast gəlindiyini bildirib.
Rusiyaya girişi qadağan edilən kahılar istehsalçı firmaya geri qaytarılıb. Bir müddət əvvəl Rusiya eyni səbəblə 15.9 ton badımcanın ölkəyə girişinə mane olub. Daha sonra Türkiyədən badımcan alınmasına qadağa qoyulub.
Rusiyanın durmadan Türkiyədən gələn ərzaq və kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq etməsinə baxmayaraq, tikinti sahəsində əməkdaşlığı davam etdirir. Belə ki, bu gün Rusiyanın Tikinti Nazirliyi bəyanat yayaraq bildirib ki, hələ ki, türk tikinti firmalarına məhdudiyyətlərin genişləndirilməsi nəzərdə tutulmur. Lazım gələrsə, bu barədə nazirlik qərar verəcək.
tehsil-press.az