Kürdlərin lideri erməniləri dəstəklədi

Kürdlərin lideri erməniləri dəstəklədi Kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş İzmirdə şıxış edərək, 1915-ci il hadisələrini “ermənilərin soyqırımı”adlandırıb.

Tehsil-press.az Türkiyə KİV-nə istinadən bildirir ki, S.Dəmirtaş deyib: “Bu gün biz ermənilərin soyqırımının 101-ci ildönümünü qeyd edirik. Ermənilər bu torpaqlarda öldüklərini, kürdlər isə bu torpaqlarda yaşadıqlarını sübut etmək istəyirlər”.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyədəki Giresun Universitetinin Azərbaycan əsilli rektoru, professor Aygün Attar və türk yumor ustası Əli Çelikkaya Qarabağ haqqındakı təxribatçı açıqlamalarına görə, S.Dəmirtaşa qarşı iddia qaldırıblar.

tehsil-press.az

Oxşar xəbərlər