AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda süni intellektin müasir vəziyyəti, inkişaf mərhələləri və tətbiqləri araşdırılıb.
Bu barədə institutun növbəti elmi seminarında məlumat verilib. Məruzəni təqdim edən institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov süni intellektin (Artificial intelligence, AI) imkanlarından danışıb.
Qeyd olunub ki, AI insan kimi düşünən və qərar qəbul edə bilən texniki qurğuların yaradılmasını, insan məntiqinin maşınlarda tətbiqini nəzərdə tutur. Süni intellektin məqsədi insan təfəkkürünün formalaşdırılması model və metodlarının işlənilməsi, insanın edə biləcəyi əqli əməliyyatları insanlar kimi icra edə bilən intellektual proqram, sistem və robotların yaradılmasıdır.
AI-nın tətbiq sahələrindən danışan məruzəçi onun aviasiya, təhsil, səhiyyə, maliyyə, ağır sənaye, neyrocərrahiyə və digər sahələrdə tətbiq olunduğunu deyib.
Məruzəçi süni intellektə dair proqnozları nəzərə çatdırib: “2030-cu ilədək süni intellektin tətbiqi nəticəsində Çin iqtisadiyyatının gəliri hər il təxminən 60 milyard dollar təşkil edəcək. Həmin ilədək dünyada işləyən əhalinin üçdə birinin, Yaponiyada isə təqribən yarısının yeni peşələr axtarmaq məcburiyyətində qalacağı təxmin edilir. Bununla yanaşı, artıq “Google” şirkətinin Nyu-Yorkda, Torontoda, London və Sürixdən sonra Pekində beşinci süni intellekt elmi-tədqiqat mərkəzi fəaliyyətə başlayır”.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Tehsil-press.az