İtaliyanın dağlıq ərazilərində aparılan elmi tədqiqatlar zamanı təxminən 200 milyon il əvvələ aid minlərlə dinozavr izi aşkar edilib.Alimlərin bildirdiyinə görə, bu, ölkə ərazisində indiyədək qeydə alınmış ən böyük dinozavr izləri toplusudur.
Mütəxəssislər qeyd edirlər ki, tapıntı qədim dövrlərdə indiki İtaliya ərazisində hansı dinozavr növlərinin yaşadığını anlamaq baxımından son dərəcə önəmlidir. İzlərin analizi həmin dövrdə bölgənin iqlimi, relyefi və canlı aləmi barədə də yeni məlumatlar əldə etməyə imkan verir.
Araşdırmalar davam etdirilir və alimlər bu tapıntının Avropanın erkən geoloji tarixi ilə bağlı bir sıra suallara aydınlıq gətirəcəyini istisna etmirlər.
Tehsil-press.az








