Böyük Britaniyanın Bat Universitetinin ekspertləri tərəfindən içməli suyun istifadəyə yararlılığını yoxlayan birdəfəlik test hazırlanıb. Mütəxəssislər bu testin Afrika ərazisində yaşayan minlərlə insanın həyatını xilas edəcəyini vurğulayırlar.
Tehsil-press.az Rusiyanın “Aktualnıye novosti” saytına istinadla xəbər verir ki, yeni işləmə qrafit elektrodlu və elektrikkeçirici bakteriya təbəqəli kağızı xatırladır. Zolaq öz rəngini zəhərli kimyəvi maddə, ağır metal, herbisid və digər gözlə görünməyən əlavələrlə reaksiya zamanı dəyişir. Lakmus kağızına bənzəyən testerin rənginin dəyişməsi suyun tərkibindəki zərərli qatqıların mövcudluğundan xəbər verir.
“WaterAid”in apardığı qiymətləndirməyə əsasən indiki dövrdə Yer kürəsinin 850 milyon sakini təmiz su çatışmamazlığından əziyyət çəkir. Bu cür testləri inkişaf etmiş ölkələrin ərazisində də tətbiq etmək mümkündür. Test ucqar yaşayış ərazilərində suyun keyfiyyətini müəyyənləşdirməyə imkan verəcək, həmçinin turist və xilasedicilərə içməli su ehtiyatlarının çirklənməsinə səbəb olan fövqəladə hallar zamanı kömək göstərəcək.
Tehsil-press.az