Qatlana bilən "iPhone"nun ilk real görüntüsü - Qiymət açıqlandı

Qatlana bilən “Apple” şirkətinin üzərində çalışdığı qatlana bilən “iPhone” modelinin ilk yüksək keyfiyyətli fotoları yayılıb.

Görüntüləri məşhur insayder və bloqçu “Front Page Tech” adlı “YouTube” kanalının müəllifi Con Prosser paylaşıb.

Məlumata görə, qatlanan “iPhone”un əsas displeyində qat yeri demək olar ki, görünmür.

Prosserin sözlərinə görə, “iPhone Fold” kitab tipli dizayna malikdir və ön panelində 5,5 düymlük ekran, daxili hissəsində isə 7,8 düymlük ekranla fərqlənir.

Qat izlərinin minimuma endirilməsi üçün "Apple" təzyiqi paylayan metal lövhədən, maye metal şarnir mexanizmindən və inteqrasiya olunmuş sensor paneldən istifadə edir.

Bildirilib ki, telefon qatlanmış vəziyyətdə 9 mm, açıq vəziyyətdə isə 4,5 mm qalınlığa malikdir. Cihaz “A20 Pro” çipi ilə işləyir, ikinci nəsil C2 modemlə təchiz olunub və “Apple”ın öz istehsalı olan yüksək tutumlu batareyaya sahibdir.

Arxa paneldə iki kamera yerləşir, bir kamera qapaq üzərindəki displeydə, biri isə daxili ekrandadır, lakin ekranaltı kamera mövcud deyil.

“Face ID” texnologiyası isə yuxarı hissədə yerləşən güc düyməsinə inteqrasiya olunmuş barmaq izi oxuyucusu ilə əvəzlənib.

“iPhone Fold” qara və ağ rənglərdə satışa çıxarılacaq və qiyməti 2000–2500 ABŞ dolları arasında olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər