iPhone 7-nin kütləvi istehsalına başlanıb

iPhone 7-nin kütləvi istehsalına başlanıb "Apple" şirkəti yeni "iPhone 7" smartfonunun kütləvi istehsalına başlayıb.

Tehsil-press.az "Lenta.ru" saytına istinadən xəbər verir ki, istehsal Tayvanın "Pegatron" şirkəti tərəfindən aparılır. iPhone 7-nin istehsalı ilə Tayvanın "Foxconn" şirkəti də məşğul olacaq. Smartfonun yeni modelinin istifadəçilərə payızda təqdim olunacağı gözlənilir.
Daha əvvəlki xəbərlərə əsasən, yenilənmiş iPhone-da SİM-kart üçün ikinci slot əlavə olunur. Bundan başqa, smartfonda 3.5 mm ölçüdə qulaqcıq portu nəzərdə tutulub.
"i4u" portalının məlumatına əsasən, "iPhone 7 Plus" və "iPhone 7 Pro" modellərinin istehsalı ilə Tayvanın digər şirkəti - "Wistron" məşğul olacaq.


Tehsil-press.az

Oxşar xəbərlər