“BDU könüllüləri” təşkilatının “Qış nağılı” konsert proqramı

“BDU könüllüləri” təşkilatının “Qış nağılı” konsert proqramı Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının “KönüllüBand” musiqi klubunun təşkilatçılığı ilə “Qış nağılı” konsert proqramı təşkil olunub.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Universitetin ictimai-sosial həyatının əsas iştirakçısına çevrilən BDU könüllülərinin il ərzindəki uğurlu fəaliyyətindən söz açıb. Bildirib ki, könüllülər istər Universitetin daxilində, istərsə də ölkədaxili və beynəlxalq tədbirlərdə BDU-nu layiqli şəkildə təmsil ediblər: “Əziz gənclər, 2026-cı ildə də təhsil həyatınızda və sosial fəaliyyətinizdə bol uğurlar arzulayırıq!”.

Proqramda könüllülərin ifasında “Qaçma, gözəl”, “Sənlə olmaz ki”, “Gəl gedək”, “Ölsəm, bağışla”, “Tar-kamanım”, “Sahil boyu”, “Ovuç içi qədər xoşbəxtlik yetər” kimi sevilən musiqi nömrələri səsləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər