“BDU könüllüləri” qrupunun yaradılmasının 3-cü ildönümü qeyd olunub

“BDU könüllüləri” qrupunun yaradılmasının 3-cü ildönümü qeyd olunub Bakı Dövlət Universitetində (BDU) könüllülük hərəkatının yaradılmasının 3-cü ildönümü açıq havada konsert proqramı ilə qeyd olunub.
Konsert proqramında “BDU könüllüləri” qrupunun üzvləri çıxış ediblər.
Tədbir tələbələrin “Yallı” rəqsi ilə başa çatıb.
Xatırladaq ki, “BDU könüllüləri” qrupu 2019-cu ildə yaranıb. Təşkilat ölkəmizdə uğurla həyata keçirilən könüllülük hərəkatının universitetdə təşviq olunması istiqamətində müxtəlif tədbir və layihələr reallaşdırır. Ətrafında 700 nəfərdən çox tələbəni birləşdirən təşkilat universitetin ictimai-sosial həyatında fəal rol oynayır.

Tehsil-press.az


Oxşar xəbərlər