“BDU könüllüləri”nin konsert proqramı

“BDU könüllüləri”nin konsert proqramı Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi qrupunun təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş konsert proqramı təqdim olunub.
Proqramda könüllülərin ifasında “Mashup”, “Last Christmas”, “Snowman”, “Mehriban ailəyik” kimi musiqi nömrələri səsləndirilib.
“BDU könüllüləri” təşkilatı 2019-cu ildə yaranıb. Təşkilat ölkəmizdə uğurla həyata keçirilən könüllülük hərəkatının universitetdə təşviq olunması istiqamətində müxtəlif tədbir və layihələr reallaşdırır. Ətrafında 1000-dən çox tələbəni birləşdirən təşkilat universitetin ictimai-sosial həyatında fəal rol oynayır.

Tehsil-press.az

Oxşar xəbərlər