“BDU Könüllüləri” təşkilatının dəstəyi ilə “Autizmli gənclərin cəmiyyətə inteqrasiyası” proqramı çərçivəsində autizm sindromlu gənclər üçün Bakı Dövlət Universitetinə (BDU) infotur təşkil olunub.
İnfotur iştirakçıları universitetin tarixi, tədris prosesi, uğurları barədə məlumat əldə edib, Təkamül Muzeyi ilə yaxından tanış olublar. Sonra autizm sindromlu gənclər BDU könüllüləri və “Könüllü Dost” proqramının üzvləri ilə birlikdə futbol oynayıblar.
Layihə “Birgə və Sağlam” İctimai Birliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə “Korporativ DOST” altproqramı çərçivəsində həyata keçirilir.
Tehsil-press.az