Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində SOCAR-da könüllü kimi fəaliyyət göstərən fakültə tələbələri ilə görüş olub.
Görüşdə Geologiya fakültəsinin dekanı Mamoy Mansurov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin gənclərin dövlət qurumları və özəl sektorda könüllü kimi cəlb olunaraq təcrübə qazanmaları ilə bağlı tapşırığına əsasən, “SOCAR Könüllüləri” qrupu yaradılıb. Altı ali təhsil müəssisəsindən tələbələrin bir araya gəldiyi “SOCAR Könüllüləri” qrupunda BDU-nun Geologiya fakültəsinin 10 tələbəsi də fəal iştirak edir.
Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə fakültə tələbələrinin könüllü kimi fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edilib ki, qardaş Türkiyədə baş vermiş zəlzələdən zərərçəkən vətəndaşlara yardım üçün yollanan könüllülərdən 2-si Geologiya fakültəsinin tələbəsidir.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, “BDU Könüllüləri” təşkilatının rəhbəri Nərmin Heydərova çıxışlarında universitetdə könüllülük fəaliyyətinin geniş vüsət aldığını diqqətə çatdırıb, dövlət siyasətinin həyata keçirilməsində gənclərin fəaliyyətinin koordinasiyalı idarəolunmasının önəmini vurğulayıblar.
Tehsil-press.az