“İstədiyimiz vaxt uşaq evindən çıxa bilirik” - Gecə 2-də verilən müsahibə

“İstədiyimiz vaxt uşaq evindən çıxa bilirik” - Gecə 2-də verilən müsahibə Təhsil Nazirliyinin Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin sakini olan bir uşağın nəzarətsiz saxlanılması məlum olub.

Tehsil-press.az Report-a istinadən xəbər verir ki, video-görüntülərdə gecə təxminən 2 radələrində uşaq evindən olan E.M. ilə dialoq yer alıb. Söhbət zamanı E.M. uşaq evində mühafizəçi olmadığını, istənilən uşağın internatdan istədiyi vaxt çıxdığını deyib. Uşaq söhbət zamanı Reyhanə Sadıqovanın rəhbərlik etdiyi uşaq evində onlara vaxtı-vaxtında yemək verilmədiyini də bildirib.





Tehsil-press.az

Oxşar xəbərlər