Gənclər və İdman Nazirliyi növbəti yay düşərgələrinə start verir

Gənclər və İdman Nazirliyi növbəti yay düşərgələrinə start verir Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 20 iyun – 04 iyul tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində (UİSM) növbəti yay düşərgələri keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən tehsil-press daxil olan məlumata görə, düşərgədə ümumilikdə, 7-15 yaş arası 100 nəfər sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmənin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi mütəmadi olaraq Nazirliyin nəzdində olan Bakı şəhəri Şüvəlan qəsəbəsindəki yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində (UİSM) sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmələrin sağlamlığının qorunması üçün fəsillər üzrə müxtəlif yönümlü düşərgələr təşkil edir. Düşərgələr sosial müdafiəyə ehtiyacı olanlara dövlət qayğısının daha da artırılması və onların asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə təşkil olunur.


Tehsil-press.az

Oxşar xəbərlər