14 yaşlı uşaq göldə batdı - Masallıda

14 yaşlı uşaq göldə batdı - Masallıda Masallıda 14 yaşlı uşaq göldə batıb.

Tehsil-press.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Boradigah kəndi ərazisində yerləşən süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 50 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 2002-ci il təvəllüdlü, Həbibov Rahid Cavid oğlunun cəsədi batdığı yerdən 5 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:42-də başa çatıb.


Tehsil-press.az

Oxşar xəbərlər