Azərbaycan Texnologiya Universiteti və əməkdaşları “Şuşa ili” qrant layihəsi çərçivəsində təltif edilib

Azərbaycan Texnologiya Universiteti və əməkdaşları “Şuşa ili” qrant layihəsi çərçivəsində təltif edilib Azərbaycan Texnologiya Universiteti və əməkdaşları “Şuşa ili” qrant layihəsi çərçivəsində təltif edilib.
Universitetin layihədə fəal iştiraka görə layiq görüldüyü diplomu rektor əvəzi dos.Yaşar Ömərova Azərbaycan Milli Kulinariya Assosiasiyasının, Dünya İslam Kulinariya Birliyinin Prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov təqdim edib.
Assosiasiya rəhbəri universitetə müəllifi olduğu, bir neçə gün əvvəl Şuşada təqdimatı keçirilən “Qarabağ mətbəxinin inciləri” adlı kitabını da hədiyyə edib. Yaşar Ömərov kitabın Milli və xarici ölkə xalqlarının mətbəxi fənninin tədrisində istifadə üçün yaxşı dərs vəsaiti ola biləcəyini vurğulayaraq müəllif və həmmüəlliflərə təşəkkür ifadə edib.
T.Əmiraslanov bildirib ki, kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş qrant layihəsi əsasında hazırlanıb. Kitabda Qarabağın müxtəlif bölgələrinin mətbəxi öz əksinə tapıb.
Daha sonra Qida mühəndisliyi və ekspertiza kafedrasında kitabın geniş təqdimatı baş tutub.
T.Əmiraslanov “Şuşa ili” qrant layihəsi çərçivəsində baş tutan təlimlərin aktiv müdavimləri olan Qida mühəndisliyi və ekspertiza kafedrasının bir qrup əməkdaşlarına sertifikatlar da təqdim edib.

Tehsil-press.az



Oxşar xəbərlər