Azərbaycan Texnologiya Universitetinin 6 tələbəsi təhsilini Avropada davam etdirəcək

Azərbaycan Texnologiya Universitetinin 6 tələbəsi təhsilini Avropada davam etdirəcək Azərbaycan Texnologiya Universitetinin 6 tələbəsi Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Almaniya, İspaniya və Polşa universitetlərində bir semestr müddətində təhsilini davam etdirmək imkanını əldə edib. Universitetin rektor səlahiyyətlərini müvəqqəti icra edən dosent Yaşar Ömərov həmin tələbələrlə görüşərək onları təbrik edib və öz tövsiyələrini verib. Rektor əvəzi tələbələrə təhsillərində müvəffəqiyyətlər arzulayaraq beynəlxalq mübadilə proqramlarının ölkəmiz üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması ilə yanaşı, gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə yiyələnməsində vacib rol oynadığını vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universiteti hazırda Erasmus+ mübadilə proqramı çərçivəsində Avropanın İspaniya, Almaniya, Rumıniya,Slovakiya, Polşa, və s. kimi ölkələrinin çoxsaylı universitetləri ilə sıx əməkdaşlıq edir. Almaniya, İspaniya və Polşada təhsil alacaq həmin tələbələrin bütün xərcləri Erasmus+ proqramı tərəfindən qarşılanır.

Tehsil-press.az


Oxşar xəbərlər