ATU ilə "Xəzri TN" arasında memorandum imzalanıb

ATU ilə Azərbaycan Texnologiya Universiteti (ATU) ilə "Xəzri TN" MMC arasında anlaşma memorandumu imzalanıb.

Sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərovla "Xəzri TN" MMC-nin direktoru İlkin Şabanov imzalayıblar.

Memorandumda istehsalat təcrübələrinin təşkili, məzunların işlə təmin edilməsi, təqaüd proqramının təsis edilməsi, birgə konfrans, seminar və təlimlərin təşkili və s. məsələlər öz əksini tapıb.

İmzalanma mərasimindən sonra müəssisə nümayəndələri ATU-nun Qida mühəndisliyi fakültəsi, laboratoriyaları ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2013-cü ildə əsası qoyulan, alman texnologiyası əsasında fəaliyyət göstərən "Xəzri TN" MMC-yə məxsus N1 Çörək Zavodunun günlük istehsal gücü 150 tona bərabərdir.

Tehsil-press.az

Oxşar xəbərlər