İran Rusiyadan alınmış S-300 havadan müdafiə sistemlərini göstərib

İran Rusiyadan alınmış S-300 havadan müdafiə sistemlərini göstərib İran Rusiyadan alınmış S-300 havadan müdafiə sistemlərini göstərib. Tehsil-press.az-n İranın "Press TV" telekanalına istinadən verdiyi məlumata görə, havadan müdafiə sistemlərinin nümayişi hər il keçirilən hərbi parad zamanı baş tutub.
Xatırladaq ki, 2007-ci ildə imzalanmış sazişə əsasən, Rusiya İranı qırx С-300 PMU-1 tipli ZRK ilə təhciz edəcək. Müqavilənin dəyəri 800 milyon dollar təşkil edir. BMT-nin Təhlükəsizlik Şürasının qətnaməsi müqaviləni həyata keçirməyə qadağa qoydu. 2015-ci ilin aprelində Tehran Qərblə ilkin nüvə razılaşması əldə edəndən sonra Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə qadağa aradan götürüldü.
Qeyd edək ki, Vaşinqton və İsrail bu məsələdə narahatlıqlarını ifadə edir və Rusiya-İran razılaşmasını kəskin pisləyir. Əsas narahatlıq ondan ibarətdir ki, İran S-300 raketlərini alarsa, Yaxın Şərqdə əməliyyat aparan təyyarələri çox asanlıqla vura bilər.

tehsil-press.az

Oxşar xəbərlər