“Bakı mərkəz rolunu üzərinə götürə bilər” - Sülh Şurası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

“Bakı mərkəz rolunu üzərinə götürə bilər” - Sülh Şurası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə gündəmə gələn Sülh Şurası beynəlxalq münasibətlərdə yeni bir mərhələnin anonsu kimi dəyərləndirilir.

Bu struktur sadəcə münaqişələrin qarşısını almağı hədəfləyən siyasi platformadır, yoxsa zamanla NATO-ya alternativ, yaxud onu tamamlayan yeni təhlükəsizlik mexanizminə çevrilə bilər? Qlobal güc balansının dəyişdiyi, klassik alyansların effektivliyinin sual altına düşdüyü bir dövrdə bu təşəbbüsün arxasında hansı strateji hesablamalar dayanır? Ən əsası, Cənubi Qafqazda müharibəni bitirib sülhü təmin etmiş Azərbaycan bu yeni formatda hansı rolu oynayacaq - passiv müşahidəçi, yoxsa regional sülhün əsas dayaqlarından biri kimi?

Siyasi analitik Asif Nərimanlı bildirib ki, Trampın Sülh Şurasını yeni NATO-dan çox yeni BMT hesab etmək olar:

“Şuranın BMT-yə alternativ olaraq yaradıldığı sirr deyil, hədəf də təkcə Qəzzada sülhə nail olmaq yox, qlobal münaqişələrin həllində iştirak etməkdir. Şurada mexanizmlərin konkret necə işləyəcəyi hələ tam məlum deyil, yalnız səsvermə hüququnun necə olacağı bilinir. Fikrimcə, bu, yeni qobal təhlükəsizlik sisteminin yaradılmasına hesablanıb. Təşəbbüs uğurlu olarsa, gələcəkdə Şuranın münaqişələrin həlli və təhlükəsizliyin təmin edilməsini praktiki müstəvidə həyata keçirən strukturlarının formalaşması da mümkündür.

Azərbaycanın Şurada təmsil olunması təbii hesab oluna bilər. Çünki Azərbaycan Qəzzada sülh prosesinin əsas iştirakçılarındandır. Eyni zamanda həm Vaşinqtonla münasibətlər, həm də qlobal dəyişikliklərdə yer almaq baxımından da burada olmaq vacibdir. Fikrimcə, Azərbaycan Sülh Şurasının qlobal fəaliyyətinə töhfə verə bilər. Misal üçün, dinlərarası dialoqun təşkil edilməsi, multikulturalizm dəyərlərinin təbliği kimi istiqamətlərdə Bakı mərkəz rolunu üzərinə götürə bilər. Çünki Sülh Şurası Trampın da dediyi kimi, BMT-yə alternativ olmaq istəyirsə, qlobal sülhə daxil olan bütün istiqamətlərdə işləməlidir. Azərbaycanın bu istiqamətlərdə təcrübəsi var. Yəni Azərbaycan Sülh Şurasında mərkəzi – birləşdirici rola malik ola bilər”.

Tehsil-press.az

Oxşar xəbərlər