Qatil balinalar “öz dillərini” yaradıb – Alimlər şokda

Qatil balinalar “öz dillərini” yaradıb – Alimlər şokda İspaniya sahillərində gəmilərə hücumları ilə gündəmə gələn qatil balinalarla bağlı yeni və sensasiyalı fakt üzə çıxıb.

Aparılan elmi araşdırmalar bu dəstənin lideri sayılan Ağ Qledis (White Gladis) və onun ətrafındakı qatil balinaların özlərinə məxsus xüsusi ünsiyyət dili formalaşdırdığını göstərib.

Mütəxəssislər dəstənin çıxardığı səsləri təhlil edərək onların digər qatil balinaların istifadə etdiyi səslərdən kəskin şəkildə fərqləndiyini müəyyən ediblər. Adətən qatil balinalar klik və fit səsləri ilə ünsiyyət qurur. Lakin Qledisin rəhbərlik etdiyi dəstə tamamilə fərqli, unikal səs siqnallarından istifadə edir. Alimlərin qiymətləndirməsinə görə, bu fərqlər ərəb və latın dilləri arasındakı fərq səviyyəsindədir.

Tədqiqatçılardan biri, dəniz bioloqu Reno de Stefanis bildirib ki, bu kəşf elmi baxımdan misilsizdir:
“İndiyədək bu heyvanlar olduqca səssiz hesab olunurdu. Amma indi görürük ki, onların səsləri tamamilə unikaldır. Bu, mədəni irsin qorunması baxımından Avropanın ortasında birdən-birə yeni bir insan dilinin tapılması kimidir.”

Araşdırma zamanı o da aydınlaşıb ki, qatil balinalar aqressiya nümayiş etdirmir və ərazi müdafiəsi aparmır. Alimlər gəmilərə hücumları daha çox oyun instinkti ilə əlaqələndirirlər. Xüsusilə yelkənli qayıqların sükan mexanizmləri – suyun altında hərəkət edən və titrəyən hissələr – delfinkimilərin xüsusi marağına səbəb olur.

Tehsil-press.az

Oxşar xəbərlər