Avstraliyada ən böyük məhkəmə xətası: 20 il həbsdə yatan “qəddar qadın qatil” günahsız elan edildi

Avstraliyada ən böyük məhkəmə xətası: 20 il həbsdə yatan “qəddar qadın qatil” günahsız elan edildi Bir zamanlar “Avstraliyanın ən qəddar silsilə qətllər törədən qadın məhkumu” olaraq tanınan qatil dörd azyaşlı uşağını öldürmədiyini göstərən yeni sübutlardan sonra əfv edilib.
Ketlin Folbiqq adlı qadın Caleb, Patrik, Sara və Laura adlı körpələri öldürdüyü ittihamı ilə 20 il həbs cəzası çəkib.
Ancaq bu yaxınlarda bir araşdırma nəticəsində qadının günahsız olduğu və körpələrin təbii şəkildə öldüyü müəyyən edilib.
Beləliklə də 55 yaşlı Ketlin Folbiqqlə bağlı məhkəmə işi Avstraliyanın ən böyük məhkəmə xətası olaraq qəbul edilib.
1989-1999-cu illər arasında 19 günlükdən 19 aylığa qədər olan dörd uşaq qəfildən vəfat edib və məhkəmədə prokurorlar uşaqları Folbiqqin boğduğunu iddia ediblər.
Lakin gen mutasiyaları ilə bağlı aparılan son araşdırmalar uşaqların öldürülmədiyini ortaya çıxarıb. Nəticədə qadınla bağlı əfv fərmanı imzalanıb və onun dərhal həbsdən azad olunması əmr edilib.
“Onun üçün 20 illik bir iztirab oldu. Tezliklə çıxacaq. Ona rifah diləyirəm”, - deyə baş hakim qeyd edib.

Tehsil-press.az




Oxşar xəbərlər