Hərbi sirr hesab olunan informasiya xarakterli məlumatlarla necə davranmaq lazım olduğu həm qanunvericilikdə, həm də jurnalistlərin kodeksində əksini tapıb.
Bu sözləri açıqlamasında media eksperti Müşfiq Ələsgərli hərbi ekspert Ədalət Verdiyevin hərbi sirri yaydığı üçün həbs olunmasına münasibət bildirərkən bildirib.
O xatırladıb ki, bununla bağlı həm Baş Prokurorluq, həm də Müdafiə Nazirliyi vaxtaşırı məlumatlandırma işləri həyata keçirirlər:
“O ki qaldı Ədalət Verdiyev kimi hərbi mütəxəssisin bu cür yanlışa yol verməsinə, bu, hamı kimi, məni də çox təəccübləndirdi. Yəqin ki, istintaq araşdırması davam edəcək, özüm də nəticəsini gözləyirəm”.
Qeyd edək ki, dünən hərbi ekspert Ədalət Verdiyev dövlət sirri təşkil edən məlumatı yaymaqda təqsirləndirilərək həbs edilib.
Tehsil-press.az