Evdən işləmək maaşa təsir edir?

Evdən işləmək maaşa təsir edir? Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev bildirib ki, məsafədən işləyən əməkçilərin əməkhaqqının hesablanması üçün xüsusi qayda yoxdur.

Bu barədə o, qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

O vurğulayıb ki, əməkhaqqının verilməsi ümumi qanunvericilik çərçivəsində həyata keçirilir və işin məsafədən təşkil olunması bu prosesə təsir etmir.

Tehsil-press.az

Oxşar xəbərlər