Müəllimlər dərs bitsə də, məktəbdə OLACAQLAR - Yeni QAYDA

Müəllimlər dərs bitsə də, məktəbdə OLACAQLAR - Yeni QAYDA Xəbər verdiyimiz kimi, müəllimlərin maaşının dərs saatına deyil, iş saatına uyğun qaydada müəyyənləşdirilməsi məsələsi müzakirə olunur.

Bu isə müxtəlif fikirlərə səbəb olur. Bəzi müəllimlər bu qərardan razıdır, bəziləri isə yeniliyin maaşa necə təsir edəcəyi barəsində məlumatsızdırlar.

Bəs əməkhaqqının iş saatlarına görə hesablanması nə kimi müsbət nəticə verəcək?

Mövzuyla əlaqədar təhsil eksperti Elşən Qafarovun fikirlərini öyrənib. Ekspert ilk olaraq bildirib ki, sözügedən yenilik bu il yox, 2026-2027-ci tədris ilində tətbiq olunacaq.

"İş saatına görə hesablama müəllimlərin əməkhaqqına təsir etməyəcək. Yəni tam ştat 18 , yarım ştat 9, ştat yarım isə 27 saatla müəyyən olunacaq. Müəllimlərin də dərs saatları həmin ştatlara uyğunlaşdırılacaq. Müəllim iş saatı ərzində məktəbdə olacaq. İndi olduğu kimi dərsini dedikdən sonra getməyəcək".

Elşən Qafarov vurğulayıb ki, sözügedən yenilik əməkhaqqına ciddi təsir etməsə də, təhsil müəssisələrində iş rejiminin qurulmasına şərait yaradacaq.

Tehsil-press.az


Oxşar xəbərlər