Bu günlərdə Dövlət Statistika Komitəsi məlumat yayıb ki, ötən il ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44 min 996 nikah və 18 min 832 boşanma halları qeydə alınıb.Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb.Boşanmaların Azərbaycanda rekord çatmasnın səbəbləri ilə bağlı tanınmış sosioloq Elçin Bayramlı danışıb.
O bildirib ki, son dövrlərdə bu tendensiya tək Azərbaycanda deyil, bütün dünyada sürətlə genişlənir.Dünya ölkələrində də boşanmaların artması əslində yeni dövrün yeni əsrin reallığıdır.
Sosioloq sosial bəlaların, müxtəlif pis vərdişlərin nikahların azalmasında, boşanmaların sürətlə artmasında böyük təsiri var:
"Bununla bağlı bir çox ölkələr müxtəlif təyinatlı sosial dəstək layihələri həyata keçirir. Bura evliliklərin təşviqi daxildir, mənəvi-psixoloji təbliğat, ailə dəyərlərinin təbliğ olunması, ikinci tərəfdən də, sosial – iqtisadi dəstək paketləri . Yəni yeni ailə quranlara xüsusi dövlət yardımları, uşaq pulu formasında , çoxuşaqlılığa görə ödənişlər ,müxtəlif güzəştlər olmalıdır. Ailəli şəxslərin işlə bağlı müraciətlərinə əsasən, onların müxtəlif sahələrdə işlə təmin olunması, mənzil alınmasına kömək və ya güzəştli yardım da bu paketlərə daxil olmalıdır.
Bir də var, maddi cəhətdən problemi olmayan gənclərin evlənmək istəməməsi, şüurun, psixologiyanın mənfi istiqamətdə dəyişməsini gerçəkləşdirir. Gənc nəsil eqoistləşib, ancaq öz həyatını , kef və əyləncəsini düşünür. Yüngül həyat tərzi, onların ailə məsuliyyətinin , ailə dəyərlərinin deqredasiyaya uğradığını ortaya qoyur. Bu da nigahların azalmasına bir səbəbdir. Problemin qarşısını almaq üçün həm dövlət, həm də cəmiyyət mübarizə aparmalıdır.
Sadaladığımız hər iki istiqamətdə gənclərə , gənc ailələrə də dəstək olmaq lazımdır. İstər mənəvi, istər maddi yöndən, bu çox vacibdir.
Artıq bizim ölkəmizdə də bu yöndə işlər görülməyə başlayıb, tendensiya başlayıb. Yaxşı olar ki, böyük bir dövlət proqramı hazırlansın, mənəvi dəyərlərin təbliği bu proqramlarda öz yerini tutsun. Çünki, mənəvi dəyərlər üzərində qurulan ailələrda bağlar möhkəm olur, belə ailələrdə 1 deyil, bir neçə uşağa üstünlük vermə tendensiyası da genişlənə bilər”- deyə sosioloq vurğulayıb.
Tehsil-press.az















