Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyan bildirib ki, Ermənistan «inamla defolta doğru gedir». Virtualaz.org Ermənistanın «Aravot» nəşrinə istinadən xəbər verir ki, iyunun 15-də ölkə parlamentində prezidentin ratifikasiya üçün təqdim etdiyi təqdim etdiyi «M6 dövlətlərarası avtomobil yolu» maliyyə müqaviləsi səsə qoyulub. Bu müqavilə Ermənistan və Avropa İnvestisiya Bankı arasında bağlanıb.
Deputat, keçmiş baş nazir Qrant Baqratyan deyib ki, dövlət tədricən borc alır və inamla defolta doğru irəliləyir ki, bir neçə ildən sonra o artıq elan olunmalıdır.
«Biz heç bir əsas olmadan dövlətin özülünü dağıtmağa başlayırıq. Kimdən və nə qədər borc alırıq, nə üçün alırıq, bu borcları necə yoxlamaq olar. Bizim yaratdığımız o dövləti siz dağıdırsınız», - o deyib.
Səsvermənin nəticələrinə görə, maliyyə müqaviləsi 78 «lehinə», 15 «əleyhinə» və 13 «bitərəf» olmaqla qəbul edilib.
Tehsil-press.az