Gənclər Fondunun 8-ci qrant müsabiqəsinə təqdim olunan layihələrin 93-ü Gəncədə həyata keçiriləcək

Gənclər Fondunun 8-ci qrant müsabiqəsinə təqdim olunan layihələrin 93-ü Gəncədə həyata keçiriləcək Azərbaycan Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinə təqdim olunan layihələrin 60 faizi regionların payına düşür.

Tehsil-press.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bunu Gənclər Fondun icraçı direktoru Fərhad Hacıyev deyib. Onun sözlərinə görə, həmin layihələrdən 93-ü Gəncədə həyata keçiriləcək: "Artıq mayın 1-dən gənclər təşkilatlarının layihələrinin icrasına başlanılıb. İyunun 1-dən isə fərdi layihələrin reallaşdırılmasına başlanılacaq". F.Hacıyev onu da qeyd edib ki, ilin ikinci yarısında Gənclər Fondu tərəfindən növbəti qrant müsabiqəsinin keçirilməsi planlaşdırılır.


Tehsil-press.az

Oxşar xəbərlər