Təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin tətbiqi təxirə salınır.
"Dağlıq Qarabağ münaqişə ərazisində qoşunların təmas xəttində baş verən insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiqi təxirə salınır". ANS PRESS-in məlumatına görə, bu haqda Ermənistanın məşhur "Aykanak-Jamanak" qəzeti öz mənbələrinə istinadən yazır. Qəzetin məlumatına görə, buna səbəb ATƏT-in Minsk qrupunun bunun üçün kifayət qədər maliyyə vəsaitinin olmamasıdır.
"Mexanizmlərin tətbiqi üçün böyük maliyyə vəsaiti tələb olunur, çünki bu proses xüsusi texniki vasitələrin quraşdırılmasını və mütəmadi qulluğunu nəzərdə tutur. Pul məsələsi həll olunana kimi kifayət qədər vaxt keçəcək. Hakimiyyət də narahatdır ki, bu il ola bilsin ki, mexanizmlər tətbiq olunmasın. Odur ki, Sankt-Peterburqda keçiriləcək Sarkisyan-Əliyev-Putin görüşündə irəliləyişin olacağı sual altındadır", - deyə qəzet yazır.
Ermənistan Azərbaycan tərəfinin qəbul etməyəcəyini bilə-bilə danışıqlar prosesinin uzadılması məqsədi ilə cəbhə xəttində baş verən hadisələrin araşdırılması mexanizminin yaradılmasını təklif edir.
Rəsmi İrəvan cəbhə xəttinə xüsusi cihazların yerləşdirilməsini və atəşin birinci kim tərəfindən atıldığının araşdırılmasını istəyir.
Azərbaycan tərəfi isə dəfələrlə bəyan edib ki, insidentlərin araşdırılması mexanizmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib elementlərindən biri kimi baxıla bilər. Əks təqdirdə, bu mexanizm işğal faktına əsaslanan mövcud status-kvonun saxlanmasına xidmət edə bilər.
Tehsil-press.az