Əliyevlə Merkel görüşdü - “Rusiya açar rolu oynayır”

Əliyevlə Merkel görüşdü - “Rusiya açar rolu oynayır” Almaniyada rəsmi səfərdə olan prezident İlham Əliyev kansler Angela Merkellə birgə mətbuat konfransı keçirib.

Tehsil-press.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident Əliyev çıxışında Rusiya ilə əlaqələrə toxunub:
“Azərbaycan Rusiyaya strateji partnyoru kimi baxır. Rusiyanın davranışı da buna tamamilə uyğundur, həmçinin Rusiyanın Minsk qrupunun həmsədri kimi Qarabağ böhranınının nizama salınmasındakı rolu konstruktivdir və pozitivdir”.
Prezident İlham Əliyev, həmçinin cəbhə xəttindəki atəşkəsin qeyri-stabil, kövrək və mövcud status-kvonun qəbuledilməz olduğunu bildirib:
“Cəbhə xəttində daimi olaraq atəşkəs pozulur, atəşkəs rejimi qeyri-stabil, kövrəkdir. İndiki status-kvo qəbuledilməzdir. Aplredən bəri Ermənistan bizə qarşı silahlı təxribatı davam etdirir”.
Almaniya kansleri Angela Merkel də öz növbəsində qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında açar rolunu oynayır:
“Biz Rusiya hökumətini, həmçinin ATƏT-in Minsk qrupu həmsədrləri kimi Amerika, Fransanı Dağlıq Qarabağ münaqişəsinin həllində dəstəkləmək üçün burada öz əlaqələrimizdən istifadə edəcəyik”. Almaniya bundestaqının “erməni soyqırımı”nı tanıyan qətnaməni qəbul etməsinə gəlincə, Merkel Türkiyə tərəfinin etiraz və ittihamlarını

Oxşar xəbərlər