Mogerini İlham Əliyev və Serj Sarkisyanla görüşəcək

Mogerini İlham Əliyev və Serj Sarkisyanla görüşəcək Avropa İttifaqının ali nümayəndəsi prezidentlərə müraciət edəcək.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bu gün Vyanada Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək.
Tehsil-press.az-ın Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Petr Svitalski məlumat verib.
"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Mayın 16-da da Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistan və Azərbaycan prezidentlərinə məhz belə bir bildirişlə müraciət edəcək", - deyə P.Svitalski bildirib.
Bu gün Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Prezidentlərin həmçin ABŞ-ın dövlət katibi Con Kerri, Fransanın xarici işlər naziri Jan-Mark Eron və Rusiya Xarici işlər naziri Sergey Lavrovla görüşü planlaşdırılır.
Görüşün əsas müzakirə mövzusu cəbhə xəttində baş verən son hadisələr, atəşkəs rejiminə riayət olunması məsələsi ola bilər.

Mogerini İlham Əliyev və Serj Sarkisyanla görüşəcək
Serj Sarkisyan və İlham Əliyev Bern görüşündə

Prezidentlərin son görüşü ötən il dekabrın 19-da İsveçrənin Bern şəhərində olub.
Həmin görüş ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə təşkil olunmuşdu. Yekuna dair ATƏT-in Minsk qrupu həmsədrlərinin yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər nizamlama danışıqlarının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərini davam etdirəcəklərini də bildiriblər. Dekabrda keçirilən görüş zamanı da cəbhə xəttində gərginliklər müşahidə olunurdu.


Tehsil-press.az

Oxşar xəbərlər