İsveçrə Aİ-yə üzvlük ərizəsini geri götürür

İsveçrə Aİ-yə üzvlük ərizəsini geri götürür İsveçrə parlamentinin Yuxarı Palatası ölkənin 1992-ci ildə Avropa İttifaqına (Aİ) qəbul olunmasına dair ərizəsinin geri götürülməsinə dair qərar verib.

Bu barədə Tehsil-press.az "Neue Zürcher Zeitung" qazetinə istinadən xəbər verir. Ölkənin Aİ-nin üzvü olması əleyhinə 27 deputat səs verib. 13 deputat isə bunun lehinə çıxış edib.
Qəzet yazır ki, ərizə 2015-ci ildə İsveçrədə keçirilən referendumdan sonra qüvvəsini itirdiyindən parlamentin bu yeni qərarı rəmzi xarakter daşıyır. Xatırladaq ki, 2015-ci ildə İsveçrə vətəndaşları ölkələrinin Aİ-yə üzv olmasına rədd cavabı vermişdilər. Xatırladaq ki, bundan əvvəl İsveçrə parlamenti Şengen zonasını tərk etməyə dair təklifi də müzakirə edib.

Tehsil-press.az

Oxşar xəbərlər