Şok rəqəm: Bu ölkə əhalisinin əlindəki qızıl mərkəzi banklarını kölgədə qoydu

Şok rəqəm: Bu ölkə əhalisinin əlindəki qızıl mərkəzi banklarını kölgədə qoydu Hindistan əhalisinin şəxsi ehtiyatlarında saxlanılan qızılın həcmi gözlənilmədən son dərəcə böyük rəqəmlərlə gündəmə gəlib və bu göstərici dünyanın 10 ən iri mərkəzi bankının ümumi qızıl ehtiyatlarını belə xeyli üstələyir.

Dünyanın ən böyük rəsmi qızıl ehtiyatına malik ölkəsi olan ABŞ-ın mərkəzi bankında cəmi 8 min 133 ton qızıl saxlanılır. Halbuki Hindistan əhalisinin şəxsi mülkiyyətində olan qızıl ehtiyatlarının həcmi təxminən 34 min 600 ton olaraq qiymətləndirilir.

Bu rəqəm təkcə ABŞ-ni deyil, Almaniya, İtaliya, Fransa, Rusiya və Çin daxil olmaqla dünyanın ən iri 10 mərkəzi bankının birgə qızıl ehtiyatlarından da dəfələrlə çoxdur. Ekspertlər bildirirlər ki, Hindistanda qızılın bu qədər geniş yayılması ölkədə qızılın həm mədəni-tradisional sərvət, həm də inflyasiyadan və maliyyə risklərindən qorunma aləti kimi qəbul olunması ilə bağlıdır.

Qeyd olunur ki, Hindistan ailələrinin böyük əksəriyyəti qızılı bank sisteminə deyil, şəxsi saxlanclara üstünlük verərək, onu uzunmüddətli təhlükəsiz sərvət kimi qoruyur.

Tehsil-press.az

Oxşar xəbərlər