Fevralın 8-i və 9-u ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - RƏSMİ

Fevralın 8-i və 9-u ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - RƏSMİ Fevral ayının 8-i və 9-u tarixlərində ölkənin bir sıra regionlarında proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Xızı, Qusar, Qobustan, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Cəbrayıl, Daşkəsən, Gədəbəy, Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Lerik və Yardımlı rayonlarında qərb küləyinin əsməsi gözlənilir.

Həmin ərazilərdə küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər