Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.Rəşad İsmayılov 2016-2018-ci illərdə Mənzil İnşaatı Dövlət Agentliyinin Hüquq və nəzarət şöbəsinin müdir müavini, şöbə müdiri, 2018-2019-cu illərdə Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019-2024-cü illərdə həmin komitədə Aparat rəhbəri vəzifələrində işləyib.
2024-cü ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdu.
Tehsil-press.az











