Bu sözləri Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev bildirdi.
O xatırlatdı ki, "İdrak" liseyində baş vermiş hadisədə buna nümunədir:
"Mediada yayılan məlumatlara görə, həmin uşaq zorakılığı təşviq edən materialları internet üzərindən digər uşaqlarla paylaşıb. Məktəb rəhbərliyi bildirib ki, bu barədə valideynə məlumat verilib. Lakin sual yaranır: məktəbə silahla daxil olan uşağın üzərində lazımi nəzarət niyə olmayıb? Təhlükəsizlik xidməti əməkdaşları bu vəzifəni yerinə yetirməli idilər, amma videolardan da göründüyü kimi, faktiki nəzarət olmayıb. Bu artıq sadəcə intizam məsələsi deyil, açıq şəkildə “bullinq” və potensial təhlükədir. Psixoloji cəhətdən zəif, fiziki inkişafdan geri qalan uşaqların məktəblərdə təzyiqə məruz qalması gələcəkdə daha ağır sosial problemlərə, hətta cinayət meyillərinə yol aça bilər. Belə hallarda təkcə valideynə məlumat verməklə kifayətlənmək olmaz. Əgər tədbir görülmürsə, mütləq hüquq-mühafizə orqanları prosesə cəlb edilməli, risk qrupunda olan uşaqlarla bağlı xüsusi nəzarət mexanizmi və siyahılar yaradılmalıdır".
Tehsil-press.az












