Ad gününə bir gün qalmış Prezident vəzifə verdi

Ad gününə bir gün qalmış Prezident vəzifə verdi Xəbər verdiyimiz kimi, Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Yeni təyin olunan səfirin dosyesini təqdim edir:

Rəşad Fail oğlu İsmayılov 7 iyun 1974-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1991-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi (qızıl medalla), 1996-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin əyani şöbəsini (fərqlənmə diplomu ilə), 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirib.

1996-2003-cü illərdə “Həyat” qeyri-hökumət təşkilatının Beynəlxalq Hüquq Departamentinin rəisi, 2008-2009-cu illərdə Latviyanın Parex Bankının törəmə müəssisəsi olan "Parex Leasing and Factoring" MMC-də biznesin inkişafı üzrə baş direktorun müavini, həmçinin Latviya-Azərbaycan Ticarət Palatasının rəhbəri, 2009-2010-cu illərdə Bank VTB-də (Azərbaycan) Korporativ müştərilərlə iş üzrə departamentin direktoru, 2011-2015-ci illərdə SOCAR - "Ekol Mühəndislik Xidmətləri" QSC-də baş direktorun müavini olub.

10.09.2015-ci il tarixində Prezident İlham Əliyev tərəfindən ikinci dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib və Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki baş konsulu təyin olunub.

07.02.2018 tarixindən Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışırdı.

Evlidir, iki övladı var.

İngilis, türk və rus dillərini bilir.

Tehsil-press.az

Oxşar xəbərlər