Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “DOST süfrəsi” aksiyasına qoşulub.
institutun əməkdaşları iftar süfrəsində bir qrup əlilliyi olan şəxs və şəhid ailələrinin üzvləri ilə görüşüblər.
İlahiyyat İnstitutu estafeti Mənəvi Dəyərlərin Təbliği Fonduna ötürüb.
Xatırladaq ki, Ramazan ayının gəlişi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mayın 6-dan “DOST süfrəsi” aksiyasına başlayıb.
Aksiya bu müqəddəs ayın hər günündə həssas qruplardan olan bir qrup şəxsə iftar süfrəsi açmağı nəzərdə tutur. Məqsəd Ramazan ayının yüksək dəyərlərindən biri kimi iftar süfrəsini bölüşməklə mənəvi birlik, həmrəylik duyğularının, qarşılıqlı hörmət və mehribanlıq hisslərinin güclənməsinə töhfə verməkdir.

Aİİ-nin Mətbuat Xidməti