
Bunu aktyor Elcan Rəsulov sosial şəbəkədə bildirib. O, restoranlardakı iftar menyusunun qiymətlərindən şikayətlənib:
"Mən su və xurma ilə orucumu açıram, kiçik şorba yeyirəm, doyuram. Bu 90 manat etmir axı. İftar süfrəsi etmək istıyirsinizsə, öz normal menyunuza 20-30 faiz endirim edin. Məsələn, başqa vaxt 50 manata olan menyu, 35 manat olacaq. Hə bu olur iftar menyusu. Yoxsa ki, biznes lançda 8 manata satırsınız, axşam olan kimi yanına 2 xurma və bir stəkan su əlavə edib, 50, 70, 90 manata qoyursunuz".
Tehsil-press.az