Körpü uçdu, kombayn kanala aşdı: Ölən var

Körpü uçdu, kombayn kanala aşdı: Ölən var Sabirabadda kombayn kanala aşıb.

Hadisə Sabirabad rayonunun Sarxanbəyli kəndində qeydə alınıb.

Kənd sakini 1988-ci il təvəllüdlü (37yaş) Nurlan Zəbulla oğlu Kərimov idarə etdiyi pambıqyığan kombaynla kəndin ərazisindəki “Mil-Muğan” dren-kollektorun üzərindəki körpüdən keçərkən körpünün uçması nəticəsində kombayn kanala aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər