Türkiyə Gürcüstana hərbi texniki xidmət maşınları verdi

Türkiyə Gürcüstana hərbi texniki xidmət maşınları verdi Türkiyə hökuməti Gürcüstanın Müdafiə Qüvvələrinə dörd ədəd texniki xidmət maşını təqdim edib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi dəyəri 866 min 400 ABŞ dolları olan hərbi texnikanın tədarükü haqqında müqavilə 2020-ci ilin oktyabrında imzalanıb.
Nəqliyyat vasitələrinin rəsmi təhvilvermə mərasimində Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze, Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Giorgi Matiaşvili, Türkiyə səfiri Fatma Ceren Yazqan və digər rəsmi şəxslər iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər