Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən dövlət başçısı seçildikdən sonra ilk səfərini Şimali Kipr Türk Respublikasına (ŞKTR) edib.
Türkiyənin dövlət başçısı ŞKTR-in Prezidenti Ersin Tatar ilə keçirdiyi birgə mətbuat konfransında Ankaranın Kiprin iki hissəsi ilə bağlı konstruktiv siyasətinin davam edəcəyini deyib. Onun sözlərinə görə, adanın türk və yunan hissəsi arasında nizamlanma prosesi 50 ildir ki, davam edir. “Biz daha 50 il də gözləyə bilmərik”,- deyən Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, Ankara, həmçinin ŞKTR-in Aralıq dənizində ona aid olan karbohidrogen ehtiyatları ilə bağlı hüquqlarını müdafiə edəcək. O, təəssüflə əlavə edib ki, qarşı tərəf Şərqi Aralıq dənizi problemləri üzrə beynəlxalq konfrans təşkil edilməsinə dair Ankaranın təklifinə də cavab verməyib. Buna rəğmən, Türkiyə hər zaman konstruktiv mövqeyini davam etdirib və adanı silahlandıran güclər bilməlidir ki, “Şimali Kipr türklərinin təhlükəsizliyi, həm də Türkiyənin təhlükəsizliyi deməkdir”.
Türkiyənin Şimali Kiprdə 630 kilometrlik magistral yol inşa etdiyini diqqətə çatdıran Prezident Ərdoğan bildirib ki, adanın sakinlərinin elektrik enerjisinə olan ehtiyacını təmin etmək üçün kabel xətti də çəkiləcək. Eyni zamanda. Türkiyədən Kiprə suvarma suyu xətti çəkilir. O əlavə edib ki, iyulun 20-də bütün bu layihələrin açılış mərasimində iştirak edəcək.
Yunanıstanla əlaqələrin yaxşılaşmasına toxunan Türkiyə Prezidenti bildirib ki, iki ölkə arasında problemin yeganə həlli sülh yoludur. “Biz Egey dənizinin sülh dənizi kimi dünyaya mesaj verməsini istəyirik”, -deyə o vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən sonra Azərbaycana səfər edəcək.
Tehsil-press.az