
Bu barədə Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) məlumat verib.
“Gənclərin taleyi ilə oynayırlar, rektor, prorektor hara baxır? Qəribədir. Şəxs maraqlarla tələbələri ögey-doğmalara bölürlər. Rektora müraciət edirəm, bu nə diktator sistemidir? Məsələni aydınlaşdırsın, yoluna qoysun. Gələcək nəslimizə, balalarımıza bu necə yanaşmadır? Kim belə təsadüfi adamların əlinə uşaqlarımızın taleyini verib? Ciddi surətdə narazılığımı bildirirəm”, - o bildirib.
Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən BSU-nun Qərbi Avropa dilləri fakültəsinin dekanı, dosent Nigar Babayeva bildirib ki, sözügedən tələbənin adı təcrübə üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilən tələbələrin siyahısındadır, əmrlə Nazirlikdə oturmalıdır: “Nazirliyə tələbələr bizim tərəfimizdən seçilmir, qurum tələbəni özü seçir. Onlar bizdən tələbələrin məlumatlarını alırlar. Yaxşı göstəriciləri olduğu üçün Əbdül Mahmudovun nəvəsini ETSN-ə qəbul ediblər. Həmin tələbənin heç bir problemi yoxdur, onu tanıyıram, çox yaxşı tələbədir. Anası da gəlmişdi, amma başqa sualla bağlı... ANAMA-ya göndərilən tələbələr yalnız Tərcümə fakültəsinin tələbələridir və hazırda təcrübədədirlər. Əbdül Mahmudovun nəvəsi isə regionşünaslıq ixtisasında təhsil alır, ANAMA-ya düşə bilməz”.
Tehsil-press.az