İran Prezidenti Məsud Pezeşkian ölkə konstitusiyasında qeyri-fars dillərin tədrisi ilə bağlı ilk addımı atıb. Bunun üçün “15-ci Prinsip Komitəsi”nin yaradıldığı və doktor Cavad Mirinin rəhbər təyin edildiyi açıqlanıb.
Konstitusiyanın 15-ci maddəsinin necə və hansı səviyyədə icra olunacağı barədə ətraflı məlumatın verilməməsi isə diqqət çəkib. Lakin bu maddəyə əsasən ölkə ərazisində Azərbaycan dilində tədrisə şərait yaradılacağı iddia edilir.
M.Pezeşkianın yeni vəzifəsində ilk iş kimi dil məsələsindən başlaması təsadüfi deyil. Bəzi ekspertlərin fikrincə, bu addım İrandakı etnik azlıqların artan narazılıqlarını səngitmək, habelə “Bütöv Azərbaycan” hədəfini, xəttini neytrallaşdırmaq üçün atılıb.
Pezeşkianın növbəti addımı nə ola bilər? İran onun vasitəsilə “Bütöv Azərbaycan” xəttini neytrallaşdıra biləcək?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, M.Pezeşkian hələ prezident seçilməmişdən öncə qeyri-fars dillərin tədrisinin həyata keçiriləcəyini vəd etmişdi:
“İndi o, bu vədi yerinə yetirməlidir. İranda əvvəllər də dil məsələsində təşəbbüslər olub. Lakin bu mövzu heç vaxt icra edilməyib. Ümumiyyətlə dilin yaşadılması, habelə ana dilində tədris etnik azlıqların milli şüur və kimliyinin qorunması deməkdir. İranda isə güclü bir farslaşdırma siyasəti var. Yəni kifayət qədər təzadlı vəziyyətdir.
Mümkündür ki, yeni prezident vəd verdiyi, həmçinin ölkədə etnik azlıqlar narazı olduğu üçün mərkəzi hakimiyyət qeyri-fars dillərin tədrisi ilə bağlı addım atacaq. Lakin bunun nə dərəcədə effektli olacağını demək çətindir. Hesab edirəm ki, bu, sadəcə baş qatmaq və narazılıqları bir müddət səngitmək üçün atılan addımdır”.
Politoloq Məsud Pezeşkian üçün əsas problemlərin qarşıda olduğunu bildirib:
“Azərbaycanlılar Məsud Pezeşkianın seçkilərdəki qələbəsində əhəmiyyətli rol oynadı. Bu gün haqlı olaraq yeni prezidentdən gözləntiləri gözləntiləri var. Söhbət heç də təkcə ana dilində tədrisdən getmir. Pezeşkianın quracağı kabinetdə azərbaycanlı mütəxəssis və təcrübəli kadrlara da yer verməsi gözlənilir. Bununla da azərbaycanlılar yeni hökumətdə siyasi təmsil hüququnun bərpa olunacağına ümid edir. Məsud Pezeşianın bunu etməsi çox çətindir. Mərkəzi hakimiyyətin ona icazə verməsi inandırıcı deyil”.
Tehsil-press.az