Azərbaycan məktəblilərinin növbəti beynəlxalq uğuru

Azərbaycan məktəblilərinin növbəti beynəlxalq uğuru Virtual Kiber Fəza Riyaziyyat Olimpiadasının nəticələri elan olunub. Nəticələrə əsasən, Azərbaycan məktəbliləri 1 gümüş, 6 bürünc medal və 1 həvəsləndirici mükafat əldə ediblər.
Təhsil Nazirliyinin tabeliyindəki Fizika riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abbas Məmmədov gümüş, həmin liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Fərid İsmayılov, 9-cu sinif şagirdi Toğrul Abbasov, Bakı şəhəri 220 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Yusif Qasımov, Bakı şəhəri 257 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Fidan Qarayeva və Humanitar Fənlər təmayüllü məktəb-liseyin 10-cu sinif şagirdi Aysun Bayramlı bürünc medal qazanıblar. Fizika riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Amin Cəfərzadə isə həvəsləndirici mükafata layiq görülüb.
Xatırladaq ki, iyulun 12-14-də virtual olaraq Kiber Fəza Riyaziyyat Olimpiadası keçirilib. Olimpiadada iştirakçılara 4 məsələ təqdim edilib və onların həlli üçün 5 saat vaxt verilib. Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) iştirakı nəzərdə tutulan ölkələrin milli komandaları daxil olmaqla, bilik yarışına ümumilikdə 75 ölkədən 555 məktəbli qatılıb.

Tehsil-press.az

Oxşar xəbərlər