Səfirlik MİT-ə qəbul olan qızlarımızı təbrik etdi

Səfirlik MİT-ə qəbul olan qızlarımızı təbrik etdi Dəniz Səttarlı və Fidan Qarayevanın Massaçusets Texnologiya İnstitutuna qəbul olmalarını alqışlayırıq.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi "Facebook" səhifəsində paylaşım edib.
"Zəhmətinizə və əzmkarlığınıza görə sizi təbrik edirik. Güclü cəmiyyətləri dəstəkləmək üçün təhsilə və imkanlara bərabər çıxış vacibdir və Səfirlik qadınlar və kişilər, oğlanlar və qızlar üçün bir sıra təhsil və karyera təşəbbüslərini dəstəkləməkdən qürur duyur.
Təhsil perspektivlərinizi araşdırmaqda maraqlısınız? O zaman, Education USA təhsil üzrə mütəxəssisindən tam ödənişsiz məsləhət ala bilərsiniz", - deyə qeyd olunub.
Xatırladaq ki, bir müddət əvvəl iki azərbaycanlı məktəbli qız Massaçusets Texnologiya İnstitutuna birbaşa qəbul alıb. Onlar Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Dəniz Səttarlıdır.
Fidan Qarayeva riyaziyyat fənni üzrə, Dəniz Səttarlı isə kimya fənni üzrə dəfələrlə beynəlxalq və respublika olimpiadalarının qalibi olublar.

Tehsil-press.az



Oxşar xəbərlər