BDU-da tədbir: Ətraf mühitin qorunması və ekoloji problemlərin həlli

BDU-da tədbir: Ətraf mühitin qorunması və ekoloji problemlərin həlli Bakı Dövlət Universitetində (BDU) Ekologiya və torpaqşünaslıq, Kimya və Coğrafiya fakültələrinin Tələbə Gənclər Təşkilatları (TGT) tərəfindən “Ətraf mühitin qorunması və ekoloji problemlərin həlli” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə Coğrafiya fakültəsinin dekan müavini Ramiz Əhlimanov və Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov ekoloji problemlərin yaranma səbəbləri, onların aradan qaldırılması yolları, Azərbaycanın Ordusunun işğaldan azad etdiyi Qarabağ ərazisində erməni terrorçularının törətdiyi ekoloji cinayətlər, düşmənin torpaqlarımızın təbii resurslarının vəhşicəsinə istismarı barədə ətraflı məlumat veriblər.
Görüşdə fakültə TGT sədrlərindən Mədinə Quluzadə, Nigar Muxtarzadə, Əli Qədirli, sədr müavini Nəzrin Süleymanova çıxış edərək ictimaiyyətin diqqətinin ətraf mühitin qorunmasına cəlb edilməsinin vacibliyi, ölkəmizdə ekoloji problemlərin həllində müxtəlif elm sahələrində çalışan insanların birgə fəaliyyətlərinin müsbət nəticələri haqqında danışıblar.
Tədbir mövzu ətrafında müzakirə ilə davam etdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər