Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi sədri Ülkər Səttarova bununla bağlı müvafiq əmr imzalayıb.
Sözügedən vəzifəyə Vasif Müslümov təyin edilib.
Qeyd edək ki, Vasif Müslümov Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə təhsil alıb, fizika-riyaziyyat elmləri namizədi, dosentdir. O, uzun illər Azərbaycan Dillər Universitetində çalışıb.
Xatırladaq ki, V.Müslümov yanvarın 7-də həmin kollecə direktor müavini təyin edilmişdi. Ona həmçinin kollecin direktoru vəzifəsinin icrası həvalə olunmuşdu.
Tehsil-press.az








